“Paşinyanın ətrafı ondan “qalib lider” obrazı yaratmağa çalışır” - Erməni ekspert

  04 Avqust 2020    Oxunub : 2861
 “Paşinyanın ətrafı ondan “qalib lider” obrazı yaratmağa çalışır” -  Erməni ekspert
Nikol Paşinyanın ətrafı ondan "qalib lider" obrazı yaratmağa çalışır.
Azvision.az xəbər verir ki, bu barədə erməni hərbi ekspert Karen Vrtanesyan deyib.

Onun sözlərinə görə, mövcud hakimiyyət nümayəndələrinin demək olar ki, hamısının açıqlamaları etimadsızlıq yaradır, çünki son 2 ildən çox müddətdə yüksək səsli fikirlər səsləndirilib, sonradan ya təkzib edilib, ya da təsdiqlənməyib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Azərbaycanla sərhəddəki iyul əməliyyatlarının baş nazir tərəfindən istiqamətləndirildiyi və əlaqələndirildiyi ilə bağlı bəyanatını şərh edən ekspert vurğulayıb ki, onların strategiya ilə heç bir əlaqəsi olmayan tostlar toplusu göz önünə alındıqda, Təhlükəsizlik Şurası rəhbərinin söylədiklərinə münasibət bildirmək daha çətindir.

“Koordinasiyanı təsəvvür etmək mənim üçün bir az çətindir, əvvəlki məsələlər və hərəkətləri nəzərə alaraq, bu daha çox ayrı-ayrı şəxslərin işidir. Mənim subyektiv fikrimcə, koordinasiyada ən böyük kömək bu proseslərə müdaxilə olub”.

Bu cür açıqlamalarla hansı məsələnin həll olunduğuna gəldikdə isə Vrtanesyan deyib: "Şəxsən mən Nikol Paşinyanın ətrafındakıların ondan qalib gələn lider obrazını yaratmağa çalışmaları təəssüratını aldım".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Paşinyan   Ermənistan