Məhkəmə Koçaryanın əmlakı üzərindən həbsi götürmədi

Məhkəmə Koçaryanın əmlakı üzərindən həbsi götürmədi
  04 Avqust 2020    Oxunub:3013
Ermənistanın sabiq prezidenti Robert Koçaryanın işi üzrə məhkəmə, istintaqın bu mərhələsində onun əmlakının, habelə baş nazirin keçmiş müavini Armen Qevorkyanın hesabı üzərindən həbsi götürməkdən imtina edib.
Azvision.az xəbər verir ki, iyulun 28-də keçirilən iclasda vəkillər əmlaklar və hesab üzərindən həbsin götürülməsinə dair vəsatətlər qaldırmışdılar.

Robert Koçaryanın müdafiəçiləri həbs üçün heç bir əsas olmadığını bildiriblər. Lakin, məhkəmə vəsatətləri təmin etməyib.

Xatırladaq ki, 2019-cu ildə keçmiş prezidentin vəkilləri əmlak üzərindən həbs qərarının ləğvi üçün Apellyasiya Məhkəməsinə müraciət ediblər, məhkəmə onların şikayətini təmin edib. Lakin ümumi yurisdiksiya məhkəməsinin hakimi Anna Danibekyan yuxarı məhkəmənin bu qərarına əməl etməkdən imtina edib.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: RobertKoçaryan  





Xəbər lenti