Braziliyada bir gündə 561 nəfər virusdan öldü
Bildirilib ki, ölkədə indiyədək 94 665 nəfər COVID-19 virusundan ölüb. İnfeksiyaya yoluxanların sayı 16 641 nəfər artaraq 2 750 318-ə çatıb. Bu günə kimi 1 912 319 xəstə sağalıb.
Qeyd edək ki, Braziliya koronavirusa yoluxma sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdədir.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Braziliya Koronavirus