Ermənistan Müdafiə Nazirliyində “təmizləmə” əməliyyatı

 Ermənistan Müdafiə Nazirliyində “təmizləmə” əməliyyatı
  04 Avqust 2020    Oxunub:3632
Ermənistan Müdafiə Nazirliyinin daxilində böyük kadr dəyişikliyi dalğası gözlənilir.
Azvision.az xəbər verir ki, bu barədə "Joxovurd” nəşri yazıb.

Məlumatda qeyd edilib ki, proses artıq başlayıb və davamlı olacaq.

“İndi nazirlikdə gözlənilən dəyişikliklərlə bağlı daxili müzakirələr aparılır. Öyrəndik ki, hərbçilərin sosial müdafiəsi şöbəsinin müdiri Serj Aruşanyan vəzifəsindən azad edilib, bu vəzifəyə Ermənistan Müdafiə Nazirliyinin İnsan hüquqları və davranış mərkəzinin şöbə müdiri Alik Avetisyan təyin edilib. Ancaq şöbədəki daxili proseslər bununla bitməyəcək, yaxın gələcəkdə yeni dəyişikliklərin və yenidən qurulmaların şahidi olacağıq", - deyə qəzet yazıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti