Ukraynada COVID-19-a yoluxanların sayı 74 mini keçdi

Ukraynada COVID-19-a yoluxanların sayı 74 mini keçdi
  04 Avqust 2020    Oxunub:3002
Ukraynada son sutka ərzində 1061 nəfər COVID-19 virusuna yoluxub, 26 pasiyent vəfat edib, 737 nəfər sağalıb.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə ümumi yoluxma sayı 74 min 219 nəfərə çatıb. Pandemiya qurbanlarının sayı 1764 nəfərdir. İndiyədək 40 613 xəstə sağalıb.

Qeyd edək ki, Ukraynada koronavirusla əlaqədar karantin müddəti avqustun 31-dək uzadılıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Virus   Ukrayna  





Xəbər lenti