Tanınmış siyasətçi qocalar evində vəfat etdi

  03 Avqust 2020    Oxunub : 3466
Tanınmış siyasətçi qocalar evində vəfat etdi
Şimali İrlandiyalı siyasətçi, Nobel Sülh mükafatı laureatı Con Hyum uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, 83 yaşlı Con Hyum qocalar evində vəfat edib.

Qeyd edək ki, Şimali İrlandiyanın siyasi həyatında 30 ildən çox fəaliyyət göstərən Hyum Sosial Demokrat və Leyboristlər Partiyasının qurucularından olub. O, 1979-2001-ci illərdə partiyaya rəhbərlik edib.

Azvision.az

Teqlər: ConHyum