“Paşinyan hakimiyyətində Sorosçular təmsil olunur” - Ermənilər özləri etiraf edir

“Paşinyan hakimiyyətində Sorosçular təmsil olunur” -  Ermənilər özləri etiraf edir
  03 Avqust 2020    Oxunub:4450
Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistanda hakimiyyətə Soros fondunun nümayəndələri gəlib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sabiq vitse-spikeri, Respublika partiyasının sədr müavini Eduard Şarmazanov bildirib.

Onun sözlərinə görə, Respublika partiyasının hakimiyyətdə olduğu dövrdə, eyni zamanda ölkənin ikinci prezidenti Robert Koçaryanın rəhbərliyi müddətində Soros fondunun fəalları və nümayəndələri respublikada yüksək dövlət və ictimai vəzifələr tutmayıblar.



Şarmazanov Nikol Paşinyanın Rusiyanın “RBK” telekanalına verdiyi müsahibədə Soros fondu kimi təşkilatların Koçaryan və üçüncü prezident Serj Sarkisyanın rəhbərliyi altında meydana çıxmasına dair fikirlərini şərh edərkən onu da vurğulayıb ki, həmin illərdə bu təşkilatların nümayəndələrinin nazir portfelləri yox idi.

“Sorosçular dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı hər hansı qərar qəbul etmirdilər. Onlar heç bir qərar vermirdilər, hökumətin tərkibində deyildilər”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Paşinyan   Soros  





Xəbər lenti