Yəqin ki, hamı evində belə bir pişiyin olmasını arzu edər.
Məsələ burasındadır ki, bu pişik evdə ağlayan körpəyə dayəlik edə bilir. O, uşaq ağlayan kimi yanına gələrək, pəncəsiylə onu sığallayır, hətta öpür də. Körpə isə yumşaq pəncədən xumarlanaraq yuxuya gedir. Körpənin sakitləşdiyini görən pişik daha sonra pəncəsini onun üzərindən çəkir.