Minskdə tutulan “Vaqner”çilərlə görüş keçirildi

  01 Avqust 2020    Oxunub : 4207
Minskdə tutulan “Vaqner”çilərlə görüş keçirildi
Rusiya səfirliyinin əməkdaşları Belarusda saxlanılan "Vaqner"çilərlə görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə konsul Kirill Pletnev "Rossiya 24" telekanalında bildirib.

O, saxlanılan 33 nəfərlə görüşün bir gün əvvəl Belarus cəzaçəkmə müəssisələrindən birində baş tutduğunu deyib. Pletnevin sözlərinə görə, onların hər biri haqqında həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, bir neçə gün əvvəl Minskdə Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin 30-dan çox əməkdaşı saxlanılıb və onlara cinayət işi açılıb. Saxlanılan şəxslər kütləvi iğtişaşlar törətməyi planlaşdırmaqda günahlandırılır.

Azvision.az

Teqlər: Rusiya   Belarus