Avtomobili insanların üzərinə sürdü, 30 nəfər yaralandı

Avtomobili insanların üzərinə sürdü,  30 nəfər yaralandı
  01 Avqust 2020    Oxunub:4526
Fransada sürücü idarə etdiyi avtomobili insanların üzərinə sürüb.
Azvision.az xəbər verir ki, hadisə nəticəsində 30 nəfər yaralanıb.

İnsident Fransanın şərqindəki Sona və Luara regionunda qeydə alınıb. Belə ki, ərazidə yerləşən barda münaqişə olub, sonra gecə yarısında sürücü avtomobili barın qarşısında duran insanların üstünə sürüb.

Məlum olub ki, avtomobili idarə edən şəxs sərxoş olub, hadisədən sonra polis onu saxlayıb.

"Həkimlər 16 nəfəri müayinə ediblər, onlardan 12-si yüngül xəsarət alıb, üçü şok vəziyyətindədir və bir qız ayağından ağır yaralanıb. Onların hamısı xəstəxanaya aparılıb”, -deyə məlumatda qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Fransa  





Xəbər lenti