Rusiyada COVID-19-dan ölənlərin sayı 14 mini keçdi

  01 Avqust 2020    Oxunub : 3407
Rusiyada COVID-19-dan ölənlərin sayı 14 mini keçdi
Rusiyada son sutka ərzində 5462 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, ölkə üzrə ümumi yoluxma sayı 845 min 443 nəfərdir.

Koronavirus qurbanlarının sayı 95 nəfər artaraq 14 min 58-ə çatıb. İndiyədək 646 min 524 pasiyent sağalaraq xəstəxanalardan evə buraxılıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Rusiya   Koronavirus