Rusiya bütün ölkələrlə uçuşları bərpa edə bilər

Rusiya bütün ölkələrlə uçuşları bərpa edə bilər
  01 Avqust 2020    Oxunub:3893
Rusiya avqustun 11-dən etibarən bütün ölkələrlə uçuşları bərpa edə bilər.
Azvision.az bildirir ki, bu barədə TASS-a aviasiya sahəsindəki iki mənbə məlumat verib.

Uçuşlarla bağlı hələlik son qərar verilməyib. Mənbənin məlumatına görə, məsələ Baş Nazirin müavini ilə görüşdə müzakirə olunub.

Qeyd edək ki, bu gündən etibarən Rusiya yalnız üç ölkə - Böyük Britaniya, Türkiyə və Tanzaniya ilə beynəlxalq hava nəqliyyatını qismən bərpa edib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti