Çində koronavirusa 68 yeni yoluxma qeydə alınıb

Çində koronavirusa 68 yeni yoluxma qeydə alınıb
  01 Avqust 2020    Oxunub:3390
Çində son sutka ərzində koronavirusa 68 yeni yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Yeni yoluxmadan 45-i aktiv, 23-ü simptomsuzdur. 31 yoluxma Sincan Uyğur Muxtar bölgəsində aşkarlanıb.

Qeyd edək ki, 2019-cu ilin dekabr ayından bəri Çində 4634 nəfər koronavirusdan ölüb, ümumi yoluxma sayı 84337 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin  





Xəbər lenti