ÜST: Koronavirusa rekord yoluxma qeydə alındı

     ÜST:   Koronavirusa rekord yoluxma qeydə alındı
  01 Avqust 2020    Oxunub:7112
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyası ilə bağlı gündəlik hesabatını açıqlayıb.
Azvision.az xəbər verir ki, hesabata əsasən, son sutka ərzində 292 min 527 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, 6812 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, indiyədək ən çox yoluxma, eləcə də ölüm halları Cənubi və Şimali Amerikada aşkarlanıb. İkinci yerdə Avropa regionu gəlir.

Son məlumatlara görə, dünyada koronavirusa yoluxanların ümumi sayı 17 milyon 630 min 902, pandemiya qurbanlarının sayı 679 min 655 nəfərə çatıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti