Türkiyədə koronavirusa yoluxma sayı 230 mini keçdi

  31 İyul 2020    Oxunub : 3425
 Türkiyədə koronavirusa yoluxma sayı 230 mini keçdi
Türkiyədə son sutka ərzində 17 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 982 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5691, virusa yoluxanlar isə 230 min 873 nəfərə çatıb.

Türkiyədə indiyədək 214 min 535 xəstə (son sutkada 996 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az

Teqlər: Türkiyə   Koronavirus