Koronavirusdan sağalanların sayı 11 milyonu keçdi

 Koronavirusdan sağalanların sayı 11 milyonu keçdi
  01 Avqust 2020    Oxunub:4098
Dünyada koronavirus infeksiyası ilə bağlı son statistik məlumatlar açıqlanıb.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, hazırda virusa yoluxma sayı 17 milyon 591 min 774, pandemiya qurbanlarının sayı isə 678 min 957 nəfərə çatıb.

İndiyədək 11 milyon 10 min 458 pasiyent koronavirusdan sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya dünyanın 210-dan çox ölkəsində qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti