Qurban payı üstündə dava: 3 nəfər bıçaqlandı

Qurban payı üstündə dava:  3 nəfər bıçaqlandı
  31 İyul 2020    Oxunub:3732
İstanbulun Tuzla rayonundakı heyvan bazarında iki ailə arasında mübahisə bıçaqlanmaya səbəb olub.
Azvision.az xəbər verir ki, Tuzlanın Aydınlı bölgəsində Qurban bayramı münasibəti ilə təşkil edilən bazarda ailələr arasında ət paylaşımı zamanı dava düşüb. Nəticədə tərəflər bir-birinə bıçaq zərbəsi endirib.

Hadisə zamanı 3 nəfər yaralanıb. Polis davaya səbəb olan şəxsləri saxlayıb, yaralılar xəstəxanaya aparılıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Türkiyə  





Xəbər lenti