“Neftçi” baş məşqçisi ilə yeni müqavilə bağladı

“Neftçi” baş məşqçisi ilə yeni müqavilə bağladı
  31 İyul 2020    Oxunub:4471
“Neftçi” futbol klubu baş məşqçisi Füzuli Məmmədov ilə yeni müqavilə bağlayıb.
Azvision.az kluba istinadən xəbər verir ki, Müşahidə Şurasının onlayn iclasında F.Məmmədovun baş məşqçi postuna namizədliyi təsdiqlənib. Mütəxəssisin daha 2 il əsas komandanı çalışdırması barədə qərar verilib.

Qeyd edək ki, 2018-ci ildə baş məşqçinin köməkçisi vəzifəsinə təyin olunmuş F.Məmmədov 2020-ci ilin yanvarından baş məşqçi səlahiyyətlərini yerinə yetirir. Komanda onun rəhbərliyi altında ötən mövsümü ikinci pillədə başa vuraraq gümüş medal qazanıb.

Azvision.az


Teqlər: Neftçi  





Xəbər lenti