Braziliya hava sərhədlərini açır

Braziliya hava sərhədlərini açır
  30 İyul 2020    Oxunub:2501
Braziliya xarici vətəndaşlar üçün hava sərhədlərini açır.
Azvision.az xəbər verir ki, bu barədə Braziliya hökumətinin rəsmi qəzeti yazıb.

Bildirilib ki, ölkəyə 90 günə qədər qısa müddət üçün gələn əcnəbilər təyyarəyə minmədən əvvəl nəqliyyat şirkətinə Braziliyada etibarlı olan və səfərin bütün dövrünü əhatə edən tibbi sığorta təqdim etməlidir.

Qeyd olunub ki, quru və su sərhədlərindən keçmək qadağası daha 30 gün davam edəcək.

Bundan əlavə, beş ştatdakı hava limanı beynəlxalq aviareyslər üçün əlavə xəbərdarlığa qədər bağlı qalacaq.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Braziliya   Sərhəd  





Xəbər lenti