Ukrayna çinlilər üçün vizanı ləğv etdi

Ukrayna çinlilər üçün vizanı ləğv etdi
  28 İyul 2020    Oxunub:3347
Gələn aydan Çin vətəndaşları Ukraynaya vizasız səfər edə biləcəklər.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski sərəncam imzalayıb.

Sərəncama əsasən, 1 avqust 2020-ci ildən gələn ilin yanvarın 31-dək ölkəyə turist məqsədi ilə gələn Çin vətəndaşları üçün Ukraynada olma müddəti 180 gün müəyyən edilib. Ölkədə 30 gündən artıq qalmadıqda vizasız girişə və tranzit keçidə icazə veriləcək.

Qərarın Ukrayna ilə Çin arasında dostluq münasibətlərini inkişaf etdirmək, həmçinin turizm sahəsində ikitərəfli əməkdaşlığı genişləndirmək məqsədi ilə imzalandığı bildirilir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ukrayna   viza   Çin  





Xəbər lenti