Ərdoğan Putinlə Tovuz döyüşlərini müzakirə etdi

Ərdoğan Putinlə Tovuz döyüşlərini müzakirə etdi
  28 İyul 2020    Oxunub:10140
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Bildirilib ki, ölkə rəhbərləri telefonla Suriya və Liviyadakı mövcud vəziyyət, eləcə də Azərbaycanla Ermənistan arasında yaranmış gərginliyi müzakirə ediblər.

Xatırladaq ki, iyulun 12-dən başlayaraq Ermənistan tərəfi Azərbaycanla sərhəddə, Tovuz rayonu istiqamətində hərbi təxribatlar törədib. Buna cavab olaraq Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirib.

Azvision.az


Teqlər: Ərdoğan   Putin  





Xəbər lenti