Türkiyədə koronavirusa yoluxma sayı 227 mini ötüb

Türkiyədə koronavirusa yoluxma sayı 227 mini ötüb
  28 İyul 2020    Oxunub:3783
Türkiyədə son sutka ərzində 17 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 919 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5630, virusa yoluxanlar isə 227 min 19 nəfərə çatıb.

Türkiyədə indiyədək 210 min 469 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti