İrəvanda polis bölməsinin qarşısında aksiya keçirilir

İrəvanda polis bölməsinin qarşısında aksiya keçirilir
  27 İyul 2020    Oxunub:3216
Ermənistanın Təhsil, elm, mədəniyyət və idman nazirliyinin binası qarşısında keçirilən aksiya hazırda İrəvanın polis idarəsinin önündə davam edir.
Azvision.az erməni KİV-ə istinadən xəbər verir ki, yüksək bal toplayıb, lakin universitetlərə daxil olmayan abituriyentlər və onların valideynləri nazirlə görüşmək istəsələr də, polis buna imkan verməyib.

Aksiya iştirakçıları arasında saxlanılanlar var.

Daha sonra onlar İrəvan polis idarəsinin qarşısına gəlib və aksiyada tutulan şəxslərin sərbəst buraxılmasını tələb ediblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İrəvan  





Xəbər lenti