Rusiyada 40-a yaxın deputat koronavirusa yoluxub

Rusiyada 40-a yaxın deputat koronavirusa yoluxub
  27 İyul 2020    Oxunub:3563
Rusiya Dövlət Dumasının 40-a yaxın deputatı və aparat işçisi koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski bildirib.

"Buradakı iş şəraiti əlverişsizdir, bu bina parlament üçün uyğunlaşdırılmayıb. Şərait çox ağırdır. Təxminən 40 nəfər deputat və aparat işçisi yoluxub. Niyə? Çünki zəhərli hava ilə nəfəs alırlar",- Jirinovski "Rossiya 24" telekanalına müsahibəsində deyib.

O, Rusiya parlamenti üçün yeni binanın ayrılmasının zəruri olduğunu qeyd edib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Rusiya   deputat  





Xəbər lenti