Erməni deputat karantini pozub diskotekaya getdi - VİDEO

 Erməni deputat karantini pozub diskotekaya getdi -  VİDEO
  27 İyul 2020    Oxunub:4222
Ermənistan parlamentinin hakim "Mənim addımım" blokundan olan deputatı Ayk Sarkisyan epidemiya qaydalarını pozub.
Azvision.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Belə ki, Paşinyanın fraksiyasından olan deputatın Sevan gölünün (Tarixi Azərbaycan gölü olan Göyçə) sahilindəki istirahət zonasında diskotekada iştirak etməsinə dair video yayılıb. Kadrlardan görünür ki, parlament üzvü və digər bir qrup şəxs bütün qaydaları pozaraq istirahət edir.



Sosial şəbəkələrdəki tənqidlərdən sonra hakim fraksiya rəhbəri Lilit Makunts məsələyə münasibət bildirməyə məcbur olub. O, deputatın artıq cərimə edildiyini açıqlayıb.

“Vətən” partiyasının üzvü Arsen Babayan isə Sarkisyanın qanunvericiliyi pozaraq, bizneslə məşğul olduğunu deyib.

Məlumata görə, hazırda polis məsələni araşdırır.

Xatırladaq ki, avqustun 12-dək Ermənistanda fövqəladə vəziyyət rejimi elan edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti