Xavi koronavirusa yoluxdu

Xavi koronavirusa yoluxdu
  25 İyul 2020    Oxunub:9107
"Barselona" klubunun və İspaniya yğmasının keçmiş futbolçusu Xavi koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə veteran futbolçu "İnstagram" səhifəsində yazıb. O bildirib ki, koronavirus testinin nəticəsi mənfi çıxıb.

"Şükürlər olsun ki, yaxşıyam, xəstəlik yox olana qədər karantində qalacam. Tibbi xidmətlər icazə verdikdən sonra isə əvvəlki rejimə qayıdıb, gündəlik işlərimi həmişəkindən daha çox həvəslə davam etdirəcəm".

Qeyd edək ki, Xavi hazırda Qətərin "Əl-Sədd" klubunun baş məşqçisidir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Futbolçu   virus  





Xəbər lenti