Çində koronavirusa yoluxma yenidən artır

Çində koronavirusa yoluxma yenidən artır
  25 İyul 2020    Oxunub:3516
Çində son sutka ərzində koronavirusa 34 aktiv, 74 simptomsuz yoluxma halı aşkarlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Yeni yoluxmalardan 5-i ölkəyə idxal olunub.

Ümumilikdə epidemiya dövründə Çində koronavirusa 83 784 yoluxma qeydə alınıb, 4634 nəfər ölüb, 78 889 xəstə sağalıb.

Hazırda virusa yoluxmuş 261 nəfərin xəstəxanalarda müalicəsi davam etdirilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin   Koronavirus  





Xəbər lenti