“Neftçi” braziliyalı futbolçunu transfer etdi

“Neftçi” braziliyalı futbolçunu transfer etdi
  23 İyul 2020    Oxunub:8273
"Neftçi" klubu daha bir legioner futbolçunu transfer edib.
Azvision.az klubun saytına istinadən xəbər verir ki, braziliyalı müdafiəçi Rener Alves De Souza ilə 2+1 il müddətinə müqavilə imzalanıb. 19 yaşlı futbolçu "Neftçi"də 4 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Rener Alves De Souza Braziliyanın "Fortaleza” klubunda çıxış edib. O, "Fortaleza”nın əsas komandası ilə yanaşı, U-19 və U-20 komandalarında da oynayıb, U-20 ilə "Copa do Nordeste”nin qalibi olub.

Azvision.az


Teqlər: Neftçi   Braziliya  





Xəbər lenti