Braziliyada daha 1367 nəfər koronavirusdan öldü

Braziliyada daha 1367 nəfər koronavirusdan öldü
  22 İyul 2020    Oxunub:3344
Braziliyada bir gündə 1367 nəfər koronavirusdan ölüb.
Azvision.az xəbər verir ki, bu barədə Braziliya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki,ölkədə pandemiya qurbanlarının sayı 81 min 487-yə çatıb. Ölkə üzrə indiyədək 2 milyon 159 min 654 nəfər virusa yoluxub. Onlardan 1 milyon 465 min 970 nəfəri sağalıb.

Braziliya koronavirusa yoluxma və ölüm sayına görə dünyada ikinci yerdədir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Braziliya   Koronavirus   Pandemiya  





Xəbər lenti