Əsədin partiyası parlament seçkilərində qalib gəldi

Əsədin partiyası parlament seçkilərində qalib gəldi
  22 İyul 2020    Oxunub:2695
Suriya Prezidenti Bəşər Əsədin BƏƏS partiyasının rəhbərlik etdiyi Milli Birlik koalisiyası parlament seçkilərində qalib gəlib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, hakim koalisiya əvvəlki seçkilərin nəticələri ilə müqayisədə 23 yer itirməsinə baxmayaraq, parlamentdə çoxluğu saxlaya bilib.

Səsvermə ölkənin 70 faizində - Əsədin nəzarət etdiyi hissədə təşkil edilib. Bir sıra müxalifət partiyalarının seçkilərdə iştirakına qadağa qoyulub.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: BəşərƏsəd  





Xəbər lenti