Erməni səfir Lavrovla görüşdən danışdı

Erməni səfir Lavrovla görüşdən danışdı
  22 İyul 2020    Oxunub:3367
Moskva Cənubi Qafqazda uzunmüddətli sülhün tərəfdarıdır.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan Ermənistan və Azərbaycan səfirlərinin Rusiya Xarici İşlər naziri Sergey Lavrovla son görüşünü şərh edərkən deyib.

"Rusiyanın Xarici İşlər naziri Ermənistan və Azərbaycanın səfirlərini işçi səhər yeməyinə dəvət etdi. Biz bölgədəki, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət haqqında nazirə məlumat verdik. O, Rusiyanın ayırıcı xətləri olmadan Cənubi Qafqazda uzunmüddətli dinc, sabit bir situasiya görmək istədiyini dedi", - Toqanyan vurğulayıb.

Səfir əlavə edib ki, Rusiya sərhəddə atışmalara son qoymağın və dinc yanaşı yaşamağın tərəfdarıdır.

Eyni zamanda, Toqanyanın sözlərinə görə, iclasda atəşkəs razılaşmaları müzakirə olunmayıb, çünki bu yalnız işçi səhər yeməyi idi.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Səfir   XİN   Görüş   Moskva  





Xəbər lenti