Rusiya ordusunda qəfil yoxlamaların səbəbi nədir? - General açıqladı

Rusiya ordusunda qəfil yoxlamaların səbəbi nədir? -  General açıqladı
  20 İyul 2020    Oxunub:4282
Rusiya qoşunlarının və donanmalarının döyüş hazırlığının qəfil yoxlanılması təsdiq edilmiş plana uyğun aparılır və digər ölkələrə qarşı yönəlməyib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin digər ölkələrin hərbi attaşeləri üçün keçirdiyi brifinqdə bildirib.

O deyib ki, qoşunların döyüş hazırlığının yoxlanılması təlim manevridir və digər ölkələrə qarşı deyil.

Nazir müavini əlavə edib ki, bu, ilk növbədə ilin yaxınlaşan əsas təlim tədbiri - "Qafqaz-2020" strateji komanda və qərargah təlimlərində iştirak etmək üçün qoşun və qüvvələrin hazırlığı məqsədini daşıyır.

"Beləliklə, qəfil yoxlama təsdiq edilmiş plana uyğun olaraq yerinə yetirilir”.

Fomin vurğulayıb ki, yoxlama tədbirləri ilə Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi arasında heç bir əlaqə yoxdur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   General   Ordu  





Xəbər lenti