“Sumqayıt” kapitanla müqaviləni yenilədi

“Sumqayıt” kapitanla müqaviləni yenilədi
  19 İyul 2020    Oxunub:4916
“Sumqayıt” futbol klubu Mehdi Cənnətov və Elvin Bədəlovun ardınca kapitan Vurğun Hüseynovla da müqaviləni yeniləyib.
Bu barədə Azvision.az -a klubun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Vurğun Hüseynov növbəti mövsümdə komandanın uğurları üçün çalışacaq.

O, 2013/14 mövsümündən etibarən “Sumqayıt”da çıxış edərək, komandanın tarixində ən çox oyun keçirən futbolçudur. 164 matçda forma geyinən kapitan bir dəfə qol vurmağa nail olub.

Azvision.az


Teqlər: Sumqayıt   Kapitan   Futbol  





Xəbər lenti