"Sabah" yeni futbolçu transfer edib

"Sabah" yeni futbolçu transfer edib
  17 İyul 2020    Oxunub:3662
“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Azvision.az klubun saytına istinadən xəbər verir ki, Azərbaycan U-19 millisinin hücumçusu Camal Cəfərovla 5 illik müqavilə bağlanılıb.

“Anji” futbol akademiyasının yetirməsi olan Cəfərov son mövsümdə bu klubun əvəzedici komandasında çıxış edib.

Qeyd edək ki, növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” daha öncə Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli, Nicat Mehbalıyev, Slavik Alxasov və Aleksey İsayevi heyətinə cəlb edib.

Azvision.az


Teqlər: Sabah   Klub  





Xəbər lenti