Rəşad Sadıqov baş məşqçi təyin olundu

Rəşad Sadıqov baş məşqçi təyin olundu
  17 İyul 2020    Oxunub:6066
"Zirə” klubunun baş məşqçisinin adı məlum olub.
Azvision.az xəbər verir ki, komandanın yeni baş məşqçisi Rəşad Sadıqov olacaq. Mütəxəssislə 3 illik müqavilə bağlanıb.

“Zirə” PFK-nın fəxri prezidenti Orxan Məmmədov klubun mətbuat xidmətinə açıqlamasında bildirib ki, Rəşad Sadıqovla geniş və ətraflı müzakirələrdən sonra razılıq əldə olunub:

"Onun bizimlə çalışmağa razılıq verməsinə görə çox şadam. Futbolçu karyerasını yeni bitirsə də, baş məşqçi kimi təcrübəsi hamıya məlumdur. “Qarabağ”ın gənclərdən ibarət komandası ilə yanaşı, U-21 millimizdə də qısa müddətdə yaxşı işlər görüb. Onun baş məşqçi kimi klubumuzun inkişafına müsbət təsir edəcəyinə inanıram”.

Azvision.az


Teqlər: Zirə   Klub   Rəşad-Sadıqov  





Xəbər lenti