“Neftçi” qapıçı ilə müqaviləni yeniləyib

“Neftçi” qapıçı ilə müqaviləni yeniləyib
  10 İyul 2020    Oxunub:10879
"Neftçi"də daha bir futbolçunun taleyinə aydınlıq gəlib.
Azvision.az -ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, qapıçı Aqil Məmmədovla müqavilə müddəti uzadılıb.

31 yaşlı qolkiperlə anlaşmanın müddəti 2 illik olub. Məmmədov 2022-ci ilin yayına qədər "ağ-qaralar”a məxsus olacaq.

Qeyd edək ki, "Neftçi"də bundan əvvəl Anton Krivotsyuk, Emin Mahmudov, Ömər Buludov, Kamran İbrahimov və Rəhman Hacıyev yeni müqavilə bağlayıb Onlardan Hacıyev "Keşlə"yə icarəyə verilib.

Azvision.az



Teqlər: Neftçi  





Xəbər lenti