“Zenit” 6-cı dəfə Rusiya çempionu oldu

“Zenit” 6-cı dəfə Rusiya çempionu oldu
  06 İyul 2020    Oxunub:7825
Rusiya Premyer Liqasında 26-cı turun növbəti oyunu keçirilib.
Azvision.az xəbər verir ki, günün əsas görüşündə lider “Zenit” səfərdə “Krasnodar” komandasının qonağı olub.

Qarşılaşma Peterburq təmsilçisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə sayəsində “Zenit” “Lokomotiv” klubunu 13 xal qabaqlayaraq sona 4 tur qalmış çempion olub.

Qeyd edək ki, bununla da “Zenit” 6-cı dəfə ölkə çempionu titulunu qazanıb.

Azvision.az


Teqlər: Zenit  





Xəbər lenti