`Forbes`: Spilberq birincidir

`Forbes`: Spilberq birincidir
  17 Yanvar 2014    Oxunub:1358
“Forbes” jurnalının versiyasına görə, Spilberq ən nüfuzlu məşhurların reytinq cədvəlində birincidir.
AzVision.az xəbər verir ki, ABŞ vətəndaşları arasında aparılmış rəy sorğusunun nəticələrinə əsasən “Forbes” jurnalının “E-Poll Market Research” tədqiqat agentliyi ilə birlikdə tərtib etdiyi 2014-cü ilin ən nüfuzlu məşhurlarının reytinq cədvəlində kinorejissor Stiven Spilberq birincidir.

Spilberq ilk üçlükdə teleaparıcı Opra Uinfrini və daha bir kinoreşissor – “Ulduz müharibələri” filminin yaradıcısı Corc Lukası geridə qoyub.

Reytinq cədvəlini tərtib edərkən “E-Poll Market Research” tədqiqat agentliyinin keçirdiyi rəy sorğusu zamanı bütünlüklə amerikalılardan ibarət olan iştirakçılara 6600 məşhuru 46 parametr üzrə qiymətləndirmək təklif olunmuşdur. Əsas parametrlər ümumi cazibədarlıq və məşhur şəxsin tanınması parametrləri olub.

On ən nüfuzlu məşhur sırasına daha iki kinorejissor daxil olmuşdur. Bunlar Ron Hovard (o, “Apollon-13”, “Ağıl oyunları”, “Nokdaun” və “Kod da Vinçi” kimi filmlərin müəllifidir) – 4-cü yer və Martin Skorsezedir (onun çəkdiyi filmlər arasında “Taksist”, “Nyu-York quldurları”, “Aviator”, “Zamanın qoruyucusu” filmləri vardır).

Altıncı yerdə türk mənşəli Amerika həkimi – populyar “Doktor Ozun şousu” (“Dr.Oz.Show”) televiziya verilişinin aparıcısı Mehmet Ozdur. Teleaparıcı Barbara Uolters reytinqdə 7-ci yerdə olub.

Onun ardınca “U2” qrupunun lideri Bono (8-ci yer) və komikslərin yaradıcısı Sten Li (9-cu yer) gəlir.

Onluğu mühafizəkar baxışları ilə tanınmış, yüksək reytinqə malik “The Rush Limbaugh Show” nitq radioşousunun aparıcısı Raş Limbo tamamlayır.

Qeyd edək ki, Spilberq öz baxımlı filmləri ilə şöhrət qazanıb. Onların arasında “Çənələr”, “Yura dövrünə aid park” və İndiana Cons haqqında macəra filmləri vardır. Kinorejissorun “Şindlerin siyahısı”, “Sıravı Rayanı xilas etməli”, “Linkoln” kimi filmləri də ona uğur gətirib. Sonuncu film 12 nominasiya üzrə Oskar mükafatına layiq görülüb.


Teqlər:





Xəbər lenti