Komandamız qalibiyyətlə qayıdır

Komandamız qalibiyyətlə qayıdır
  18 Mart 2013    Oxunub:1709
Hollandiyanın açıq çempionatında iştirak edən gənclərdən ibarət seçmə komandamız yarışı zəfərlə başa vurub.
Belə ki, Eyndhovendə "Dutch Open" turnirinə qatılan taekvondoçularımız iki qızıl, eləcə də bir gümüş və bürünc medal qazanıblar.

Azərbaycan Taekvando Federasiyasından verilən məlumata görə, seçmə komandanın baş məşqçisi, əməkdar məşqçi Məmməd Abdullayev və heyətin böyük məşqçisi Zahid Məmmədovun çalışdırdığı heyətdən Ayxan Tağızadə (-63 kg) və Səid Quliyev (-73 kg) ötən ay İsveçdə, "Trelleborq Open" turnirində göstərdikləri nəticəni təkrarlayaraq çempion olublar. Samid Bağırlı (-48 kg) gümüş medala, Təranə Məmmədova (-46 kg) isə bürünc mükafata sahib olub.

ATF-in vitse-prezidenti Nağı Səfərovun rəhbərliyi ilə yarışda iştirak edən idmançılarımız martın 19-da Bakıya dönəcəklər.



Teqlər:





Xəbər lenti