Keçmiş baş məşqçi koronavirusdan öldü

Keçmiş baş məşqçi koronavirusdan öldü
  28 İyun 2020    Oxunub:10092
Serbiya və Monteneqro millisinin keçmiş baş məşqçisi İlya Petkoviç koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, tanınmış futbol mütəxəssisi səhhətində yaranmış problemlə əlaqədar xəstəxanaya yerləşdirilib.

Analizlər nəticəsində onun koronavirus infeksiyasına yoluxduğu aşkar edilib. Həkimlərin səylərinə baxmayaraq, İlya Petkoviçin həyatını xilas etmək mümkün olmayıb.

Azvision.az


Teqlər: İlyaPetkoviç  





Xəbər lenti