Millimizin üzvünün yeni klubu məlum oldu

  28 İyun 2020    Oxunub : 6007
Millimizin üzvünün yeni klubu məlum oldu
“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Azvision.az kluba istinadən xəbər verir ki, gənc qapıçı Nicat Mehbalıyev bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq. Azərbaycan U-21 millisinin üzvü ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 19 yaşlı qapıçı karyerası ərzində “Qarabağ” və “Sumqayıt” klublarında çıxış edib.

Azvision.az

Teqlər: Sabah   Futbol   Klub   Qapıçı