Fazil Məmmədov vergidə yenilik edib

Fazil Məmmədov vergidə yenilik edib
  10 Fevral 2013    Oxunub:3265
Azərbaycan Vergilər Nazirliyi ən qısa müddətdə mobil rabitə vasitəsilə ödənişlərin və hesabatların qəbuluna başlayacaq.
Bu barədə Azərbaycanın vergilər naziri Fazil Məmmədov Bakıda keçirilən "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda vergi forumu çərçivəsində jurnalistlərə bildirib.

"Nazirlik hazırda mobil ödənişlərin, hesabatların qəbuluna, vergi ödəyicilərlə mobil yazışmaların aparılmasına hazırlaşır. Bu "Elektron hökumət"ə keçidin tərkib hissəsidir", - deyə F.Məmmədov deyib.

Onun sözlərinə görə, Vergilər Nazirliyi e-hökumət çərçivəsində təqdim olunan elektron xidmətlərin sayına görə daha çox elektron xidmət göstərən dövlət orqanıdır.

"Hazırda vergi sistemi üzrə bu xidmətlərin sayı 57-yə çatdırılıb ki, onların 46-sı artıq faktiki tətbiq olunur. Qalan 11 xidmətin tətbiqi ilə bağlı işlər isə başa çatmaq üzrədir", - F.Məmmədov qeyd edib.


Teqlər:  





Xəbər lenti