Naxçıvanda çimərlik futbolu meydançası tikilir

Naxçıvanda çimərlik futbolu meydançası tikilir
  24 İyun 2020    Oxunub:6871
Naxçıvanda ilk çimərlik futbolu meydançasının inşasına başlanılıb.
Azvision.az -ın məlumatına görə, meydança Uzunoba çimərliyinin ərazisində eni 30, uzunluğu 40 metr olan sahəni əhatə edir. Hazırda ərazidə xüsusi texnika vasitələri ilə hamarlama işləri aparılır.

Mövcud perspektivlər nəzərə alınaraq yeniyetmə və gənclərin bu idman növünə cəlb edilməsi və asudə vaxtın səmərəli təşkili məqsədi ilə meydançada çimərlik futbolu üzrə turnirlərin keçirilməsi planlaşdırılır.

Azvision.az


Teqlər: Naxçıvan   Çimərlik   Futbol  





Xəbər lenti