“Keşlə” legioneri ilə müqaviləni uzatdı

“Keşlə” legioneri ilə müqaviləni uzatdı
  24 İyun 2020    Oxunub:7678
“Keşlə” daha bir futbolçusu ilə müqaviləni yeniləyib.
Azvision.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Miyuşko Boyoviçlə sözləşməni uzadıb.

Monteneqrolu müdafiəçi ilə 1 illik yeni müqavilə bağlanılıb.

Xatırladaq ki, “Keşlə”də daha öncə Azər Salahlı, Vüsal İsgəndərli, Tərlan Quliyev və Ruslan Əmircanovla 1 illik müqavilə imzalayıb, “Neftçi”dən ayrılan Tural Axundovu transfer edib. Bundan əlavə, paytaxt klubu Ruslan Qurbanov, Cabir Əmirli və kapitan Slavik Alxasovla yollarını ayırıb.

Azvision.az


Teqlər: Keşlə  





Xəbər lenti