Rəşad Sadıqov karyerasını başa vurdu

  Rəşad Sadıqov karyerasını başa vurdu
  21 İyun 2020    Oxunub:5853
Azərbaycan millisinin sabiq futbolçusu, "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov karyerasını başa vurub.
Azvision.az xəbər verir ki, bu barədə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov KİV-ə açıqlamasında bildirib.

"Rəşadla futbolçu kimi yollarımızı ayırdıq. Əvvəl də bildirmişdik ki, son mövsümüdür. Ona təşəkkür etmək istəyirəm. Klub üçün çox böyük işlər gördü, bütün futbolçulara dəstək oldu. Mənim üçün bir məşqçi olaraq belə futbolçu ilə ayrılmaq çətindir. Əvvəlcədən bu qərarı vermişdik. Əslində, o keçən il karyerasını bitirmək istəyirdi, mən qoymamışdım", - deyə baş məşqçi vurğulayıb.

Azvision.az


Teqlər: Qarabağ   Klub  





Xəbər lenti