Avrokuboklara gedəcək Azərbaycan klubları

 Avrokuboklara gedəcək Azərbaycan klubları
  18 İyun 2020    Oxunub:4893
Avrokubokların 2020/21 mövsümündə iştirak edəcək Azərbaycan klubları məlum olub.
Azvision.az xəbər verir ki, klubların adları AFFA-nın İcraiyyə Komitəsinin bugünkü videokonfransından sonra açıqlanıb.

Koronavirus pandemiyası səbəbindən dayandırılan Azərbaycan Premyer Liqası və Azərbaycan kubokunun yarımçıq başa çatdırılmasından sonra qitə arenasına çıxacaq “dördlük” dəqiqləşib.

Belə ki, çempion elan olunan “Qarabağ” Çempionlar Liqasında, digər iki mükafatçı “Neftçi” və “Keşlə” isə Avropa Liqasında oynamaq hüququ qazanıb. Ölkə kubokunda qalib bəlli olmadığından 4-cü yerin sahibi - “Sumqayıt” ikinci dərəcəli qitə kubokunda oynayacaq.

Qeyd edək ki, təmsilçilərimizin hamısı yarışa I təsnifat mərhələsindən başlayacaq. Bir oyundan ibarət mərhələ Avropa Liqasında avqustun 18-19-da, Çempionlar Liqasında 24-25-də başlayacaq.

Azvision.az


Teqlər: Futbol   Avrokubok  





Xəbər lenti