“Neftçi” Baqali Dabonu cəzalandırır

 “Neftçi” Baqali Dabonu cəzalandırır
  16 İyun 2020    Oxunub:5351
“Neftçi” klubu hücumçusu Baqali Dabo ilə bağlı açıqlama yayıb.
Azvision.az xəbər verir ki, açıqlamada bildirilir:

"Neftçi” PFK-nın rəhbərliyi futbolçu Baqali Dabonun davranışından xəbərdardır və onun qəbuledilməz davranışına görə müvafiq tədbirlər görəcək. Rəhbərlik futbolçunun klubun imicinə ciddi şəkildə xələl gətirdiyini bilir. Hüquqi çərçivədə addımlar atılacaq və ictimaiyyətə bununla bağlı məlumat veriləcək”.

Qeyd edək ki, sosial şəbəkələrdə Baqali Dabonun rəqib “Qarabağ” klubunun formasını geyindiyini əks etdirən video paylaşılıb.

Azvision.az


Teqlər: Neftçi   Futbolçu   Forma  





Xəbər lenti