Bu il 24 minə yaxın şagird məktəbini dəyişib

 Bu il 24 minə yaxın şagird məktəbini dəyişib
  12 İyun 2020    Oxunub:2435
2019-2020-ci tədris ili ərzində 23 589 şagird elektron sistem vasitəsilə bir məktəbdən digərinə köçürülüb.
Bu barədə Azvision.az -a Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu tədris ilində paytaxtdakı ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsinin tətbiqi genişləndirilib.

"Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində paytaxtdakı 39 ümumi təhsil müəssisəsində 170 “Sağlam təhsil” sinfi fəaliyyət göstərib. Həmçinin cari tədris ilindən paytaxtdakı 20 məktəbdə 26 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu fəaliyyət göstərib".

Azvision.az


Teqlər: Şagird  





Xəbər lenti