Millimiz beynəlxalq reytinqdə mövqeyini qorudu

Millimiz beynəlxalq reytinqdə mövqeyini qorudu
  08 İyun 2020    Oxunub:10291
Beynəlxalq Voleybol Federasiyası milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
Azvision.az xəbər verir ki, kişi voleybolçulardan ibarət Azərbaycan yığması reytinq cədvəlində mövqeyini qoruyub. Hesabında 101 reytinq xalı olan milli komandamız 58-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahıya 427 xalla Braziliya voleybolçuları başçılıq edir. İlk üçlüyü Polşa (384 xal) və ABŞ (365) yığmaları tamamlayır.

Azvision.az


Teqlər: Voleybol  





Xəbər lenti