Arif Məlikovun qəbirüstü abidəsi ucaldılıb

 Arif Məlikovun qəbirüstü abidəsi ucaldılıb
  03 İyun 2020    Oxunub:3808
Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Məlikovun məzarı üstündə abidəsi ucaldılıb.
AMEA-dan Azvision.az -a bildirilib ki, abidə “A.C.Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 may tarixli Sərəncamına əsasən qoyulub. Mərhum bəstəkarın ildönümü ərəfəsində ucaldılan qəbirüstü abidənin müəllifi Xalq rəssamı, akademik Ömər Eldarovdur.

Xatırladaq ki, Arif Məlikov 2019-cu il mayın 9-da vəfat edib. O, Fəxri xiyabanda dəfn edilib.

Azvision.az


Teqlər: Akademik   Arif-Məlikov  





Xəbər lenti